Bakı, 14 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 253,9 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq ayları ilə müqayisədə 32,6 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından 1,6 faiz gəlir əldə edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında istehlakçılara 191,8 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.