EN

SON DƏQİQƏ! Xəzər dənizində dördüncü ZƏLZƏLƏ oldu - YENİLƏNİB

Xəzərdə bu gün dördüncü zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

3.1 maqnitudalı yeraltı təkan yerli vaxtla 10:21-də, 25 km dərinlikdə baş verib.

**10:04

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

Qeyd edək ki, aprelin 14-ü saat 06:43-də Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.

Xatırladaq ki, bu gecə saat 03:03-də də təkanlar qeydə alınıb. Belə ki, 3.2 maqnitudalı zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

Bizim.Media

Chosen
10
15
bizim.media

10Sources