EN

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı


Fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 78 ölkədən 3 505 nəfər təxliyə olunub.
Yeniavaz.com
xəbər verir ki, təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, Çinin 736, Rusiyanın 374, Hindistanın 294, Banqladeş 198, Tacikistan194, Pakistanın 152, İranın 136, İndoneziya 116, Omanın 84, Əlcəzairin 57, İtaliyanın 46, Almaniyanın 30, Kanadanın 27, İspaniyanın 26, Fransa 25, Gürcüstan 21, Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin 16, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan, Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birininn 8, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika, Qırğızıstan, Avstraliyanın və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan, Vyetnam hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın, Uruqvayın hər birinin 2 vətəndaşı var.
Chosen
2
49
yeniavaz.com

10Sources