EN

Magistraturaya qəbul imtahanının ikinci cəhdinə 19 min 564 bakalavr ərizəsini təsdiq edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və aprelin 14-ü saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-nə olan məlumata əsasən 19 min 564 bakalavr ərizəsini təsdiq edib. Onlardan 18 min 80 nəfəri Azərbaycan bölməsi, 1484 nəfəri isə rus bölməsidir.

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd edək ki, imtahan mayın 17-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
49
azertag.az

10Sources