EN

İstanbulda FETÖ əməliyyatı - Saxlanılanlardan 15-i həkimdir

Türkiyənin 12 vilayətində FETÖ-nü hədəf alan əməliyyatda 17 şübhəli saxlanılıb.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, onlardan 15-i dövlət xəstəxanalarında fəaliyyət göstərən həkimlərdir.Onların təşkilatla əlaqəli yataqxanada təhsil sessiyası adı altında keçirilən Tibbi İxtisas İmtahanına hazırlıq düşərgəsində iştirak etdikləri müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, şübhəlilərin adları təşkilatın şifrələnmiş mesajlaşma proqramı olan "ByLock"da tapılan mesajlarda yer alıb.

İlahə QənbərliMissiya.Az

Chosen
28
missiya.az

1Sources