EN

“Azərbaycan bunu ermənilərə ikinci dəfə təklif etməyəcək” “Hikmət Hacıyev üçün sülhdən danışmaq çox çətindir...”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin müntəzəm görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəkləyirəm. Bu görüşlər öz mahiyyəti etibarilə erməni təbliğatçılarının, yaxud indiki dildə desək, inflyuenserlərin reallıqları dərk etməyə başladığı özünəməxsus bir "savadsızlığın ləğvi" prosesidir”.

“AzPolitika” bildirir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

O, həmin reallıqları bu şəkildə sıralayıb: 

- Geopolitik, hərbi və iqtisadi balans qəti və geri dönməz şəkildə Azərbaycanın xeyrinə dəyişib; 

- Anneksionist "miatsum" layihəsi Azərbaycan xalqı və dövləti tərəfindən darmadağın edilib;

- Bu gün Ermənistan, getdikcə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) sivilizasiya layihəsinin mərkəzində Rusiyanın imperiya atavizmi rolundadır;

- Ermənistan seçim qarşısındadır: o, ya TDT layihəsinə qarşı çıxan xarici qüvvələrin aləti olmaqdan əl çəkməli, ya da bir dövlət kimi tamamilə tənəzzülə uğramalıdır.

T.Zülfüqarov vurğulayır ki, təcavüzkar üzərində qazanılan qələbədən dərhal sonra irəli sürdüyü sülh gündəminə sadiq qalan Azərbaycan, bu gün Ermənistandakı sağlam qüvvələrə uzunmüddətli mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində addım atmaq imkanı verir.

Sabiq nazir vurğulayıb ki, erməni iştirakçıların Azərbaycanın sülh siyasətini sabotaj etmək cəhdlərinin Ermənistanın gələcəyi üçün öldürücü olduğunu anlayacaqlarına inanmaq istəyir.

“Azərbaycan yeni müharibələr istəmir, lakin qarşılıqlı faydalı qonşuluğu ikinci dəfə təklif etməyəcək”, -Tofiq Zülfüqarov bildirib.

"Yeri gəlmişkən, ermənilər anlamalıdırlar ki, bir çox azərbaycanlı iştirakçı üçün sülhdən danışmaq çox, həm də çox çətindir. Məsələn, Prezidentin köməkçisi Hikmət Hacıyev üçün; çünki beş il əvvəl gecə vaxtı Gəncədə ballistik raket məhz onun atasının evinin yüz metrliyində partlayıb".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
azpolitika.info

1Sources