İran beş ərəb ölkəsindən ona qarşı “müharibədə İsrail və ABŞ ilə əlbir olduğuna” görə təzminat tələb edib.
Musavat.com xəbər verir ki, bu tələbi İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani səsləndirib: “Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İrana dəyən fiziki və mənəvi ziyanı tam şəkildə ödəməlidir. Onların hərəkətləri qanunsuzdur”.
İrəvani izah edib ki, Tehranın fikrincə, yuxarıda adı çəkilən dövlətlər “İrana qarşı müharibədə İsrail və ABŞ-ın şəriklərinə çevriliblər” və bununla da “İran qarşısındakı öhdəliklərini pozublar”. Daimi nümayəndə İran tərəfinin ərəb ölkələrinin hansı konkret hərəkətlərini münaqişədə “şəriklik” hesab etdiyini, onların İran qarşısında hansı öhdəliklərinin olduğunu dəqiqləşdirməyib.
Musavat.com