ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.
Milli.Az xəbər verir ki, məlumata görə, tərəflər Pakistanın paytaxtında yenidən görüş keçirmək imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar mərhələsinin mümkün məkanı kimi Cenevrənin də adını çəkirlər.
Qeyd olunur ki, hələlik İran və ABŞ nümayəndələrinin görüşünün vaxtı və yeri dəqiq müəyyənləşdirilməyib, lakin danışıqların növbəti mərhələsinin artıq aprelin 16-da keçirilməsi ehtimalı var.
Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatı hələlik məlum deyil.
Milli.Az