EN

Hillari Klinton Trampı sərt tənqidETDİ

ABŞ-nin sabiq dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton ABŞ Prezidenti Donald Trampı sosial şəbəkələrdəki paylaşıqları və İranla danışıqlara yanaşmasına görə kəskin tənqid edib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

O, televiziya çıxışı zamanı bildirib ki, prezident yalnız hərəkətlərinə görə deyil, eyni zamanda söylədiyi sözlərə görə də məsuliyyət daşımalıdır.

“Xüsusilə ABŞ prezidentinin sözlərinin real nəticələri olur. Son bir həftədə Trampın sosial şəbəkələrdəki davranışına baxsaq, bu, sadəcə rüsvayçılıqdır. Sivilizasiyanın məhv edilməsi ilə bağlı təhdidlər, Papa Leoya yönələn hədələr səsləndirilməsi qəbuledilməzdir”, – deyə Klinton vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti və vitse-prezidenti C.D. Vens tez-tez Qərb sivilizasiyasından danışırlar, lakin bu mövzuda kifayət qədər biliklərinin olub-olmadığı sual doğurur. Klinton qeyd edib ki, Qərb sivilizasiyası real məna daşıyır və ABŞ-nin formalaşması da bu prosesin nəticəsidir.

“Əsas məsələ liderlərin məsuliyyətə cəlb olunmasıdır ki, onlar avtokrat və diktatora çevrilməsinlər, həmçinin bizi düşünülməmiş müharibələrə və tamamilə əsassız hücumlara sürükləməsinlər”, – deyə o əlavə edib.

NURİYYƏ

Chosen
19
1
redaktor.az

2Sources