EN

NATO Rusiyaya birbaşa hücumda iştirak edir – Patruşev

Baltikyanı ölkələr və Finlandiya Ukrayna dronları üçün hava məkanına giriş icazəsi verməklə Rusiya ərazisinə hücumlarda iştirak edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Baltikyanı ölkələr və Finlandiya tərəfindən hücum dronları üçün hava məkanının açıq saxlanılması NATO-ya üzv dövlətlərinin Rusiya ərazisinə və infrastrukturuna hücumlarda birbaşa iştirakını göstərir”, – deyə Patruşev bildirib.

O, iddia edib ki, bu cür dəstək qeyri-hərbi dəniz infrastrukturuna və Rusiyanın ticarət donanmasına, o cümlədən Leninqrad vilayətindəki limanlara zərbələr endirməyə imkan verir.

Chosen
2
2
konkret.az

3Sources