EN

Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ

Üz dərisində yaranan piqment ləkələrinin səbəbi təkcə günəş deyil.

Bizim.Media xəbər verir ki, dermatoloq Rina Urazayeva qeyd edib ki, smartfon və digər cihazlardan yayılan mavi işıq da bu prosesə təsir göstərir.

Mavi işıq dəriyə dərindən nüfuz edərək melanin istehsalını artırır və bu da hiperpigmentasiyaya səbəb ola bilər.

Piqment ləkələri həmçinin günəş şüaları, akne izləri, yaşlanma və hormonal dəyişikliklərlə də bağlı ola bilər. Xüsusilə hamiləlik və ya hormonal dərmanlar melazma riskini artırır.

Dərini qorumaq üçün mütəxəssislər SPF 30-50 krem istifadəsini, tərkibində dəmir oksidi olan vasitələrdən yararlanmağı və gecə saatlarında qacet istifadəsini azaltmağı tövsiyə edir. (Milli.az)

Bizim.Media

Chosen
3
3
bizim.media

4Sources