EN

Trampı bu görüntülərlə lağa qoydular Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Afrikadakı İran səfirliyi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq, sosial mediada diqqətçəkən paylaşımlar edib.

“Qafqazinfo” xəbər verir ki, səfirlik rəsmi “X” hesabında süni intellektlə hazırlanmış bir neçə görüntü və video paylaşaraq, Trampı tənqid edib.

Paylaşılan vizuallardan birində Donald Tramp, ABŞ vitse-prezidenti Ceyms Devid Vens və müdafiə naziri Pit Heqset pirat obrazında təqdim olunub. Şəklin üzərində “Fars körfəzi və Hörmüz boğazının səfil piratları” ifadəsi yer alıb.

Səfirliyin paylaşdığı digər material isə 1980-ci illərin üslubunda hazırlanmış süni intellekt videosudur. Videoda Tramp musiqi ifa edir və istehzalı sözlərlə çıxış edir.

Bundan əlavə, səfirlik ABŞ bayraqları fonunda Trampı Məsihə bənzər formada təsvir edən başqa bir görüntünü də paylaşıb. Həmin şəkil əvvəlcə Trampın “Truth” hesabında yayımlansa da, sonradan silinib.

Məlumata görə, bu paylaşım Trampın Papa XIV Leo ilə İran məsələsi ətrafında yaşadığı mübahisədən sonra platformadan götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
qafqazinfo.az

1Sources