EN

Roma Papasından Trampın tənqidinə reaksiya:"ONUNLA POLEMİKAYA GİRMƏK İSTƏMİRƏM"

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.

 

AFP-nin xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

 

“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası əlavə edib.

 

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımlarını dəstəkləmədiyi üçün tənqid edib.

 

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, - Tramp bildirib.

 

Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib.


Chosen
9
9
senzor.az

10Sources