EN

Zaqatalada avtomobilin vurduğu piyada öldü

Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.

"Yeni Sabah" xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Chosen
13
8
yenisabah.az

10Sources