EN

Millinin oyunçusu sıradan çıxdı

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Millinin oyunçusu sıradan çıxdı

"Tottenhem"in və Argentina millisinin mərkəz müdafiəçisi Kristian Romero mövsümü erkən başa vurub.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin xəbərinə görə, "Sanderlend"lə oyunda zədələnən futbolçunun dizində problem aşkarlanıb və onun bərpası 5-8 həftə çəkəcək. Bu isə Roberto De Zerbinin komanadası üçün müdafiədə ciddi itki hesab olunur.

Bununla yanaşı, məlumata görə, meydanı göz yaşları içində tərk edən futbolçunun durumu qənaətbəxş hesab olunur. Romeronun diz bağları zədələnməyib və iki aylıq bərpa müddəti onun Dünya çempionatına qədər tam hazır vəziyyətə qayıtmasına imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
qol.az

2Sources