Qadın voleybolçuların Yüksək Liqasında növbəti finalçı müəyyənləşib.
Msport.az xəbər verir ki, Tovuz OİK-də keçirilən yarımfinal mərhələsinin cavab oyununda “Turan” “Gəncə”ni qəbul edib.
İlk oyunda qalib gələn Tovuz təmsilçisi bu qarşılaşmada da rəqibinə şans verməyib – 3:0. Beləliklə, hər iki görüşdə qələbə qazanan “Turan” finala yüksəlib. “Gəncə” komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, mükafatlar uğrunda oyunlar aprelin 19-da GIN-in Voleybol Mərkəzində keçiriləcək. Həmin gün “Gəncə” və “Milli Aviasiya Akademiyası” bürünc medal üçün yarışacaqlar. “Turan” və “DH Volley” klubları isə finalda çempionu müəyyənləşdirəcəklər.
13 aprel 2026
Yüksək Liqa (qadınlar) | yarımfinal, 2-ci oyun
“Turan” – “Gəncə” 3:0 (25:18, 25:18, 25:18)
Ünvan: Tovuz OIK
8 aprel 2026
Yarımfinal, 1-ci oyun
“Gəncə” – “Turan” 0:3 (22:25, 12:25, 13:25)
Ünvan: GIN-in Voleybol Mərkəzi