ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Laçın, 13 aprel, AZƏRTAC
Yaz fəslinin hökm sürməsinə baxmayaraq, Laçın şəhərində bu gün qeyri-adi hava şəraiti müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında rayonun Quşçu kəndi ərazisində yağan qar qısa müddətdə ətrafı ağ örpəyə bürüyüb.
Kənddən keçən Minkənd çayı sahillərinin qarla örtülməsi isə füsunkar mənzərə yaradaraq izləyənlərin diqqətini cəlb edib. Havada qış qarı ilə yaz fəslinin yaşıl harmoniyası və quşların cəh-cəhi təbiət gözəlliyinin ahəngini təşkil edib. Həmin görüntüləri təqdim edirik.
Müxbir-Aydın Yavərzadə





Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.