EN

Puşkov bu dəfə Trampa söz atdı

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanda keçirilən parlament seçkilərindən sonra Rusiyadan maraqlı bir şərh gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov seçkilərin əsl məğlubunun ABŞ Prezidenti Donald Tramp olduğunu irəli sürüb.

Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov Macarıstandakı seçki nəticələrini dəyərləndirərək çarpıcı bir analiz təqdim edib.

Puşkov ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyinə nail olmağa çalışdığı bir vaxtda Avropa İttifaqının (Aİ) Macarıstanda hakimiyyət dəyişikliyinə nail olduğunu bildirib:

"Macarıstanda Aİ tərəfdarı olan qüvvələrin qələbəsi Avropanı hazırkı ABŞ rəhbərliyindən daha da uzaqlaşdırır. Artıq Qərb ikiyə bölünüb: ABŞ və Avropa İttifaqı. Artıq siyasi bir birlik olaraq Avropa İttifaqından söz edilə bilməz".

Senator həmçinin bu nəticədə ABŞ vitse-prezidenti Cey Di Vensin Macarıstan səfərinin də təsirli ola biləcəyini qeyd edərək Trampın Avropada son dərəcə qeyri-populyar olduğunu vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
cebheinfo.az

2Sources