EN

Türkiyəyə qarşı əməliyyatın keçirilməsi mümkün deyil Qafar Çaxmaqlı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail İrandan sonra Türkiyəni yeni bir düşmən elan etməyə çalışa bilər.

Türkiyəli nazirin açıqlamasını Redaktor.az-a şərh edən politoloq Qafar Çaxmaqlı bildirdi ki, ABŞ/İsrail-İran arasında münaqişə dövründə İsrail tərəfindən İrandan sonra Türkiyəyə qarşı əməliyyatların başlayacağı ilə bağlı fikirlər səsləndirilib.

"Bu iddialar isəTürkiyə tərəfindən sərt şəkildə qarşılanıb. Mənə elə gəlir ki, Türkiyəyə qarşı belə bir əməliyyatın keçirilməsi mümkün deyil. Türkiyə başqa ölkə deyil, ən azından İran da deyil. Türkiyəyə qarşı belə bir hərəkət edilərsə, İsrail dövlətinin özünün taleyi çox ağır ola bilər. Türkiyəyə qarşı təxribatlar edilir və Türkiyəni bu başlanan savaşın içərisinə çəkmək cəhdləri var. Buna getmək olmaz", - deyə siyasi şərhçi vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
redaktor.az

2Sources