EN

Arka sokaklar ın ulduzu yenidən Zeynep olur

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli məşhur aktrisa Gamze Özçelikin pərəstişkarları üçün gözlənilən xəbər gəlib. Uzun illərdir yaradıcılığına ara verən və daha çox xeyriyyəçilik fəaliyyəti ilə gündəmdə olan aktrisa yeni layihədə yer alacaq. O, "Operasyon Alesta" adlı serialda rol almağa hazırlaşır.Demokrat.az bildirir ki, aktrisa bu layihədə Afrikada fəaliyyət göstərən türkiyəli mühəndis "Zeynep" obrazını canlandıracaq. Maraqlıdır ki, Gamze Özçelik vaxtilə ona böyük şöhrət qazandıran "Arka sokaklar" serialında da məhz Zeynep adlı polis obrazı ilə yadda qalmışdı. Bu təsadüf aktrisanın izləyiciləri arasında artıq maraqla qarşılanmağa başlayıb.Xatırladaq ki, Gamze Özçelik 2018-ci ildən bəri heç bir film və ya serial layihəsində iştirak etmirdi. O, bu müddət ərzində özünü tamamilə "Umuda Koşanlar" dərnəyi vasitəsilə Afrikada və dünyanın digər ehtiyacı olan bölgələrində xeyriyyə işlərinə həsr etmişdi. Şəxsi həyatında da yeniliklər olan aktrisa avstraliyalı həmkarı Reshad Strik ilə ailə həyatı qurub.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources