EN

Niderland millisinin hücumçusu "Roma"da qalacaq

"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Donyell Malenlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi niderlandlı hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Malenin performansı məşqçilər korpusunu məmnun edib. Paytaxt klubu 27 yaşlı forvard üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Roma" Donyell Maleni bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "canavarlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
24
1
sportal.az

2Sources