Gəncədə iki uşaq bağçasına müdir təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İbrahimova Zərqələm Kazım qızı Göygöl rayonu Xəqani kənd körpələr evi – uşaq bağçasının müdiri, Hüseynova Vüsalə Həsən qızı isə Gəncə şəhəri 19 nömrəli körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub./Qaynarinfo/