EN

Netanyahu Vens ilə İslamabad danışıqlarını müzakirə edib



"Dünən vitse-prezident J.D. Vens ilə danışdım. O, İslamabaddan qayıdarkən təyyarəsindən mənə zəng etdi. O, danışıqların gedişi barədə mənə ətraflı məlumat verdi".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu kabinetin həftəlik iclasında çıxışı zamanı bildirib.

O, danışıqların İran nümayəndə heyətinin mövqeyinə görə uğursuzluğa düçar olduğunu deyib. Bundan əlavə, Netanyahu bildirib ki, Vens ona Vaşinqtonun İrandan bütün zənginləşdirilmiş uranı təhvil verməsini və gələcəkdə İran ərazisində zənginləşdirmə fəaliyyətindən tamamilə imtina etməsini istəyib.

"Bu, ABŞ-ın əsas məqsədidir və əlbəttə ki, bu, bizim üçün də vacibdir", - deyə İsrailin baş naziri qeyd edib.

Netanyahu həmçinin İsrail və ABŞ arasında İran məsələsində fikir ayrılığı iddialarını bir daha rədd edib.

Anar
Chosen
10
1
newscenter.az

4Sources