Gəncədə iki uşaq bağçasına müdirlər təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zərqələm Kazım qızı İbrahimova Göygöl rayonunun Xəqani kənd körpələr evi - uşaq bağçasının müdiri, Vüsalə Həsən qızı Hüseynova isə Gəncə şəhəri 19 nömrəli körpələr evi - uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.