EN

Rusiya və Belarus idmançılarına qoyulan sanksiya ləğv edildi - RƏSMİ

Beynəlxalq Su İdman növləri Federasiyası (World Aquatics) Rusiya və Belarus idmançılarına tətbiq olunan sanksiyaları ləğv edib.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Hər iki ölkə təmsilçiləri qatılacaqları yarışlarda öz bayraqları və himnlərindən istifadə edə biləcəklər.

Bundan əlavə, "World Aquatics" Rusiyanın tamhüquqlu üzvlüyünü bərpa edib.

Chosen
7
1
fanat.az

2Sources