Bakının mərkəzində evdən meyit tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Səbail rayonu, Nizami küçəsindəki evlərdən birində qeydə alınıb.
Oranın sakini, 1963-cü il təvəllüdlü Elcan Abduləli oğlu Həsənovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.
Faktla bağlı Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılır./Lent.az
"Cebheinfo.az"