EN

Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirmişdir. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunmuşdur.

XQ xəbər verir ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələrlə DİM-in saytında tanış olmaq mümkündür.

İmtahanın müddəti 3 saat olub və namizədlərə 100 test tapşırığı təqdim edilib. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.

İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiya tərəfindən aparılacaq.

Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 13–15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

Chosen
5
1
xalqqazeti.az

10Sources