Bakı. Trend:
İran məntiq və prinsiplərə əsasən ABŞ tərəfi ilə müzakirəaparmağa və razılaşma əldə etməyə hazırdır.
Trend-inməlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sədri QulamhüseynMohseni Ejei Məhkəmə Sisteminin Ali Şurasının üzvləri ilə görüşdədeyib.
Onun sözlərinə görə, İran heyəti parlament sədri Məhəmməd BaqirQalibafın başçılığı ilə müzakirələrdə İranın haqlı hüququnu və əldəetdiyi nailiyyətləri qoruyub. Lakin ABŞ tərəfinin fərqli tələblərinəticəsində müzakirələr uğurla nəticələnməyib.
Mohseni Ejei bildirib ki, hazırda İranda bütün qüvvələr,diplomatlar və vətəndaşlar bütün sahələrdə əldə olunannailiyyətlərinin qorunmasında yekdildir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.