"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının "Çelsi" üzərində 3:0 hesablı qələbəsindən sonra mətbuatın suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Sports24" kataloniyalı mütəxəssisin fikirlərini belə şərh edib:
"Mən sadəcə dahiyəm. Xeyr, əslində xüsusi bir şey yoxdur. Biz sadəcə yüksək təzyiqimizin bir aspektini düzəltdik. Mən uşaqlara bunu dedim: mövsümün bu mərhələsindəki bu kimi vəziyyətlərdə lider oyunçular irəli çıxmalı və matçın nəticəsini müəyyən etməlidirlər.
Üç vacib oyunda qalib gəldik. Amma hazırda İngiltərənin və Avropanın ən yaxşı komandası "Arsenal"dır. Rəqəmlər özləri hər şeyi danışır".
"Mançester Siti" Premyer Liqada 64 xalla ikinci yerdədir. Lider "Arsenal"ın hazırda 70 xalı var, lakin onların hələ də öz aralarında oyunu var.