EN

"İsrail Trampın İrana qarşı dəniz blokadasını dəstəkləyir" - Netanyahu

İsrailin baş naziri  Benyamin Netanyahu Trampın İrana qarşı dəniz blokadası tətbiq etmək qərarını dəstəklədiyini bildirib. O əlavə edib ki, hökuməti bu məsələdə Vaşinqtonla tam koordinasiyadadır.

Sitat.info xəbər verir ki, Netanyahu bu barədə kabinetin iclasında bildirib.

"İran Pakistanda sülh danışıqlarının qaydalarını pozub, Prezident Tramp dəniz blokadası tətbiq etmək qərarına gəlib. Əlbəttə ki, biz bu qəti mövqeyi dəstəkləyirik və ABŞ ilə daim koordinasiyadayıq" - baş nazir əlavə edib. 

Aytac,

Sitat.info 

Chosen
23
sitat.info

1Sources