EN

Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib

Ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqlənib.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qərara görə, ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən edilib.

Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində müəyyən olunub.

Qərarda qeyd edilib ki, göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla aparılan ödənişlər üçün interçeyncin yuxarı həddi müəyyən edilmir.

Sənədə əsasən, təsdiq edilən yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim ediləcək.

Qeyd edək ki, interçeync tarifləri Ticarət Şəbəkələrinin İnkişafı ictimai birliyinin narahat olduğu mövzulardan biridir.

İnterçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır.

Azərbaycan Mərkəzi Bankı Taleh Kazımov qərarı interçeync tarifləri interçeync xidmət haqqı kart ödənişləri Azərbaycan MCC kodları nədir supermarket kart ödəniş komissiyası aptek kart ödəniş faizi yanacaq kart ödəniş faizi banklararası interçeync ödəniş sistemləri Azərbaycan kart əməliyyatları komissiya POS ödənişləri Azərbaycan Mərkəzi Bank qərarı 2026 kart ödəniş tarifləri ticarət şəbəkələri interçeync bank kartları komissiya həddi elektron ödəniş sistemi Azərbaycan.
Chosen
17
11
marja.az

10Sources