EN

Almaniyada energetika vergiləri iki ay müddətinə azaldılıb

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də Almaniya Kansleri Fridrix Merts neft məhsullarına qoyulan üç vergidən birində iki aylıq endirim elan edib.

AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, bu, hər litrə təxminən 17 sent təşkil edir. Əlavə vergi endirimləri də planlaşdırılır.

Fridrix Merts yanacaq qiymətlərinin artması səbəbindən çətinlik çəkən sürücülərin və müəssisələrin yükünü azaltmaq məqsədilə vergi endirimlərini elan edib.

Almaniyanın lideri həftə sonu mühafizəkarlar və Sosial Demokratlar arasında koalisiya danışıqlarından sonra təəssüflə bildirib: “Yaxın Şərqdəki müharibə üzləşdiyimiz problemlərin əsl səbəbidir”.

Koalisiya, həmçinin işəgötürənlərə 2026-cı ildə 1000 avro məbləğində vergi və ianəsiz kompensasiya bonusu ödəməyə icazə verməyi planlaşdırır. Əmək və sosial məsələlər naziri Barbel Bas bildirib ki, elan edilən tədbirlər dövlət büdcəsinə təxminən 1,6 milyard avroya başa gələcək.

Chosen
5
1
azertag.az

2Sources