EN

İrandan XƏBƏRDARLIQ: “Limanlarımıza təhlükə yaranarsa...” – VİDEO

“Əgər ölkəmizin limanları təhlükə altına düşərsə, Fars və Oman körfəzlərində heç bir liman təhlükəsiz qalmayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfəqari deyib.

Onun sözlərinə görə, bu məsələ “ya hamı üçün, ya da heç kim üçün” prinsipi ilə qiymətləndirilir.
 

Rəsmi nümayəndə ABŞ-ın beynəlxalq sularda gəmilərin hərəkətinə tətbiq etdiyi məhdudiyyətləri “piratlıq” kimi xarakterizə edib.


Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadaya alınacağını açıqlayıb.


Bizim.Media

Chosen
17
1
bizim.media

2Sources