EN

Lənkəranda çiyələk və kartof istehsalçıları ilə ixracatçılarına qaydalar izah olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Lənkəran rayonunda cənub bölgəsinin çiyələk və kartof istehsalçıları ilə ixracatçıları ilə görüş təşkil olunub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd ixrac proseslərinin beynəlxalq fitosanitar tələblərə uyğun qurulması, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla əməkdaşlığın daha da gücləndirilməsidir.

Görüş zamanı ixrac proseslərinin düzgün təşkili, eləcə də bitki sağlamlığının qorunması və fitosanitar tələblərə riayət olunmasının vacibliyi vurğulanıb. Sahibkarlara idxalçı ölkələrin fitosanitar və texniki tələbləri, eyni zamanda, Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının müəyyən etdiyi standartlara uyğunluğun təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, məhsulların istehsal mərhələsindən etibarən zərərli orqanizmlərlə yoluxmanın qarşısının alınması, bitki mühafizə tədbirlərinin düzgün və vaxtında aparılması, istifadə olunan preparatların normativ tələblərə uyğun tətbiqi ixrac prosesində əsas şərtlərdən biridir. Qablaşdırma materiallarının, xüsusilə taxta tara və altlıqların fitosanitar tələblərə uyğun hazırlanması və zərərvericilərdən azad olması əhəmiyyət kəsb edir. Bununla yanaşı, məhsulların düzgün qablaşdırılması, etiketlənməsi, saxlanma və daşınma zamanı təhlükəsizlik tələblərinə riayət olunması, eləcə də izlənəbilirliyin təmin edilməsi ilə bağlı məsələlər geniş şəkildə izah olunub. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində agentliyin əməkdaşları çiyələk və kartof təsərrüfatlarına, çeşidləmə sahələrinə və saxlanma məntəqələrinə baxış keçirib. Baxış zamanı fitosanitar vəziyyət qiymətləndirilib, bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, aqrotexniki tədbirlərin düzgün təşkili və məhsulun keyfiyyətinin saxlanılması ilə bağlı praktiki tövsiyələr verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
2
azertag.az

3Sources