EN

Frimponq silahlı hücumda həyatını itirdi

Qananın “Berekum Çelsi” klubunun avtobusuna silahlı hücum edilib.

İdmanxeber.az xəbər verir ki, hadisə nəticəsində komandanın hücumçusu Dominik Frimponq həyatını itirib. Məlumatı Qana Futbol Assosiasiyası yayıb.

Bildirilib ki, insident “Samarteks”lə səfər oyunundan (0:1) qayıdarkən baş verib. 20 yaşlı futbolçu ağır yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Frimponq bu mövsüm 13 oyunda 2 qol vurmuşdu.

Chosen
14
idmanxeber.az

1Sources