EN

"Onunla polemikaya girmək istəmirəm" - Roma Papasından Trampa CAVAB

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.

Redaktor.az-ın xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.

“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası əlavə edib.

Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, - Tramp bildirib.

Tramp xüsusən Roma Papasının ABŞ-nin bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib.

Chosen
10
9
redaktor.az

10Sources