EN

Bu istiqamət üzrə əlavə qatar reysləri təyin olundu - Endirim tətbiq ediləcək

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.

Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə 18 və 19 aprel tarixlərində əlavə qatar reysləri həyata keçiriləcək.

Qeyd olunub ki, həmin reyslər üzrə biletlər 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqi vasitəsilə əldə oluna bilər.

Xatırladaq ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri mövcuddur.

 

 

Chosen
3
49
redaktor.az

10Sources