EN

4 yaşlı oğlunun təhsili üçün 1 milyon 600 min ödədi

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Aktyor Kıvanç Tatlıtuğ oğlu Kurt Efenin təhsili ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Başak Dizerlə Kıvanç oğulları üçün İstanbulda məktəb seçiblər.

Cütlük daha əvvəl xaricə, xüsusilə də Londona köçəcəkləri ilə bağlı iddialar yayılsa da, onlar son qərarlarını İstanbuldan yana veriblər.

Onlar oğulları Kurt Efenin təhsili üçün İstanbuldakı, Amerika təhsil sisteminə əsaslanan nüfuzlu bir məktəb seçiblər.

Aprelin 15-də 4 yaşı tamam olacaq Kurt Efe artıq məktəbdə hazırlıq mərhələsinə başlayıb.

O, seçilən təhsil müəssisəsinin qəbul prosesi çərçivəsində keçirilən püşkatmaya qatılıb və adı siyahıya düşüb.

Aktyor oğlunun təhsili üçün rekord məbləğ ödəyib.

Kıvanç Tatlıtuğ 2026-2027-ci tədris ili üçün oğlunun qeydiyyatını rəsmiləşdirmək məqsədilə 1 milyon 600 min lirədən çox (təxminən 60 800 AZN) ödəniş edib.

Bu rəqəm sosial mediada və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Ailə hələlik həyatını İstanbulda davam etdirməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
baku.ws

2Sources