EN

Roma Papası Trampla polemikaya girmək istəmədiyini bildirib

ain.az bildirir, Apa.az portalına istinadən.

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra belə müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini bildirib.

AFP-nin xəbərinə görə, Əlcəzairəyə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini bildirib .

“Mən onunla polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası “Reuters”ə deyib.Qeyd edək ki, bir qədər əvvəl Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

"Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir", - deyə Tramp bildirib.Ağ Ev lideri xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
9
apa.az

10Sources