EN

İlon Mask: Soros təşkilatı Macarıstanı ələ keçirdi

Macarıstanda keçirilən seçkilərdə seçicilər yüksək fəallıq göstərərək 16 ildir davam edən hakimiyyətə son qoyublar.

Seçkilərin nəticələrinə əsasən, Avropa İttifaqı yönümlü mərkəz-sağ namizəd Peter Maqyar qalib gəlib. Bununla da Viktor Orbanın uzunmüddətli hakimiyyəti sona çatıb. Orbanın məğlubiyyəti xüsusilə Qərb dünyasında geniş rezonans doğurub.

ABŞ-da nəticələrə siyasi reaksiyalar gecikməyib. Demokratlar bu nəticəni müsbət qarşılayıb. Senatın azlıq lideri Çak Şumer “avtoritar liderlər sonda məğlub olur” deyə bildirib. Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris də oxşar mövqe sərgiləyib.

Respublikaçılar isə daha ehtiyatlı yanaşıb. Bəzi siyasətçilər bu nəticəni Rusiya prezidenti Vladimir Putin üçün mesaj kimi qiymətləndirib.

Seçki kampaniyası dövründə Orbana açıq dəstək verən ABŞ prezidenti Donald Trampın nəticələrdən sonra açıqlama verməməsi diqqət çəkib.

Texnologiya milyarderi İlon Mask isə nəticələrə sərt reaksiya verib. O, Aleksandr Sorosun paylaşımına cavab olaraq “Soros təşkilatı Macarıstanı ələ keçirdi” ifadəsini işlədib. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, Corc Soros uzun müddətdir mühafizəkar dairələrin tənqid hədəfindədir.

Viktor Orban uzun illərdir Rusiya ilə yaxın münasibətləri və “illiberal demokratiya” yanaşması ilə seçilirdi. Onun miqrasiya əleyhinə siyasəti, qlobal institutlara yönəlik tənqidləri və media üzərində təzyiq iddiaları tez-tez gündəmə gəlirdi. O, həm də Donald Trampın Avropadakı ən yaxın müttəfiqlərindən biri hesab olunurdu.

Peter Maqyarın qələbəsi ilə Macarıstanda Avropa İttifaqı ilə daha uyğun siyasət yürüdüləcəyi gözlənilir və bu nəticə beynəlxalq siyasətdə yeni müzakirələrə yol açıb.

Chosen
14
aznews.az

1Sources