EN

Elektronlaşdırma prosesi bütün dərslikləri əhatə etməlidir Təhsil eksperti

525.az saytına istinadən ain.az xəbər verir.

“Hazırda bölgələrdə internet əlçatanlığının təminatı istiqamətində işlər aparıldığını müşahidə edirik. Hətta bəzi məntəqələrdə fiber optik internetin tətbiqi də həyata keçirilir. Düzdür, bəzi bölgələrdə həm internetlə bağlı əlçatanlıq tam təmin olunmayıb. Bütün bu texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra rəqəmsal dərsliklərdən istifadə asanlaşacaq”.

Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert vurğulayıb ki, dərsliklərin rəqəmsallaşdırılması prosesi istiqamətində artıq uzun müddətdir, işlər aparılır:

“Elektron dərsliklərlə bağlı xüsusi bir portal da mövcuddur. Müvafiq olaraq bu portala şagirdlər üçün dərsliklər əlavə olunur. Şagirdlər bəzi kağız daşıyıcılar üzərindən olan dərslikləri əldə edə bilmədikdə, həmin portaldan asanlıqla yükləyə bilərlər. Təbii ki, elektronlaşdırma prosesi bütün dərslikləri əhatə etməlidir və bunun üçün müəyyən bir zamana ehtiyacımız var. Yəqinki qarşıdakı 3-5 il ərzində proses tamamilə yekunlaşar”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
525.az

1Sources