EN

Konqres Trampın bu hərəkətini iyrənc adlandırdı: Ağlı başında deyil

ABŞ prezidenti Donald Trampın Roma Papası XIV Leo haqqında işlətdiyi sərt ifadələr ölkədə siyasi fırtına qoparıb.

Publika.az xəbər verir ki, Arizona ştatından olan senator Mark Kelli Trampın bu addımını kəskin tənqid edərək, onu "nəzarəti itirməkdə" ittiham edib.

Senator "X" sosial şəbəkəsindəki hesabında Trampın hərəkətlərini "iyrənc" adlandırıb:

"Bir katolik olaraq, ABŞ prezidentinin Müqəddəs Pyotrun xələfinə açıq şəkildə hücum etməsini iyrənc hesab edirəm. Donald Tramp nəzarəti itirir... O, özünü qorumaq üçün hər kəsə, hətta milyonlarla amerikalının təsəlli tapdığı Kilsəyə də hücum edir".

M.Kelli əlavə edib ki, Amerika xalqı öz sözlərinin nəticəsini anlayan və hərəkətlərinə görə məsuliyyət daşıyan bir liderə layiqdir.

Chosen
19
publika.az

1Sources