EN

Bəzi rayonlarda şimşək çaxır. yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 10:00-a olan məlumatında qeyd edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38, Qaxda 32, Şəkidə 31, Mingəçevirdə 23, Yevlaxda 19, Qəbələdə 18, Sədərəkdə 17, Goranboyda 15, Naftalanda 14, Şahbuz və Ağdamda 9, Qusar və Göyçayda 8, Tərtərdə 7, Culfada 6, Bərdə, Ordubadda 5, Lənkəran, Quba, Şərurda 4, Ağstafa, Zərdabda 3, Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2, Naxçıvan, Gəncə, Şamaxı, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 22, Yevlaxda 21 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən, Göygöl, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Chosen
10
38
musavat.com

10Sources