EN

Regionlardan olan müəllimlərin peşəkar inkişafına dəstək davam etdirilir

ADA Universiteti regionlardan olan müəllimlərin peşəkar inkişafına dəstəyini davam etdirir.

AzEdu.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından olan müəllim və məktəb direktorlarından ibarət “Bir Müəllimin Manifesti 2025” proqramının iştirakçıları və ADA Universitetinin heyəti beynəlxalq təhsil təcrübəsi qazanmaq məqsədilə Estoniya və Finlandiyaya yola düşüblər. 

“Bir Müəllimin Manifesti” proqramı Azərbaycanın regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının və müəllimlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyasında həyata keçirilir. Proqram çərçivəsində iştirakçılar müasir tədris yanaşmaları ilə tanış olaraq beynəlxalq təcrübəni yaxından öyrənmək imkanı qazanırlar. 

Qeyd edək ki, “Bir Müəllimin Manifesti” proqramına qəbul üçün müraciətlər hər il iyul–avqust aylarında açıq elan olunur.

//we.tl/t-gn8KqF7jfDj68pY8

 

Chosen
24
azedu.az

1Sources