EN

Mask: Soros Macarıstanı ələ keçirdi

ain.az, Axar.az saytına istinadən bildirir.

Corc Sorosun oğlu Aleks Macarıstanda keçirilən parlament seçkisinin nəticələrini şərh edib və amerikalı milyarder İlon Mask onun şərhinə rekasiya verib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

“Macarıstan xalqı öz ölkəsini geri qaytardı! Kök salmış korrupsiya və xarici müdaxilənin qəti şəkildə rədd etdi”, - Soros bildirib.

İlon Mask isə bu paylaşıma belə cavab verib:

“Sorosun təşkilatı Macarıstanı ələ keçirdi”.

Qeyd edək ki, Macarıstanda 12 apreldə baş tutan parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyası uduzub. İlkin məlumata görə, müxalif “Tisa” 199 yerlik parlamentdə 136 mandat qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
axar.az

3Sources