EN

Macarıstan seçkiləri: Orbanın Rusiyapərəst partiyası məğlub oldu...

...Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın “Tisza” partiyası sayılan səslərin 98,94 faizini qazanaraq parlamentdə 138 yer qazanıb, Viktor Orbanın Fidesz partiyası isə 55 yer qazanacaq.

İfrat sağçı "Bizim Vətənimiz" partiyası da altı yer uğrunda mübarizə aparır. Beləliklə, “Tisza” konstitusiya çoxluğunu təmin edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Macarıstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

... Macarıstanda mürəkkəb səs sayma sistemi mövcuddur. Parlament üzvlərinin əksəriyyəti - 199 nəfərdən 106-sı - nisbi səs çoxluğu ilə tək mandatlı seçki dairələrində seçilir.

Daha 93 yer 5 faizlik seçki həddini keçmiş partiyalar arasında bölüşdürülür. Bu mandatlar mütənasib şəkildə deyil, daha çox mürəkkəb kompensasiya səs sistemi vasitəsilə bölüşdürülür.

Əli Babayev

Chosen
24
sia.az

1Sources