EN

GAZ və MTZ-nin strateji tərəfdaşlığının yubiley ili: Azərbaycan və Belarusun inkişafı naminə – Minskdən reportaj (FOTO)

Minsk.Trend:

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (GAZ) MüşahidəŞurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyətiBelarusun ən iri maşınqayırma müəssisələrindən biri olan və dünyaüzrə "Belarus" brendi ilə tanınan "Minsk Traktor Zavoduna" (MTZ)səfər edib.

Trend xəbər verirki, MТZ ASC-nin baş direktoru Taras Muroq azərbaycanlı qonaqlaraBelarus sənayesinin flaqmanlarından birinin müasir məhsullarınıtəqdim edib, zavodun muzeyinə ekskursiya təşkil olunub. Bildirilibki, 1946-cı ildə əsası qoyulan müəssisə dünyanın ən iri traktoristehsalçılarının sıralarına daxildir və təkərli traktorlarbazarında əhəmiyyətli paya malikdir. MTZ geniş çeşiddə texnikaistehsal edir: təkərli və tırtıllı traktorlar, kənd təsərrüfatımaşınları, kommunal və tikinti texnikası, meşə təsərrüfatımaşınları, asma və qoşqu avadanlıqları. Müəssisənin fəaliyyətidövründə ümumilikdə 3 milyondan çox traktor istehsal olunub və butexnika dünyanın təxminən 100 ölkəsinə ixrac edilir.

Taras Muroq Trend-ə müsahibəsində "Gəncə Avtomobil Zavodu" iləəməkdaşlığın əhəmiyyətini qeyd edib.

GAZ Azərbaycan bazarında bizim strateji tərəfdaşımızdır. Artıqiyirmi ildir ki, səmərəli əməkdaşlıq həyata keçiririk. Hər ilAzərbaycana ən azı 80–120 at gücünə malik 700 ədəd texnika tədarükolunur, bəzi illərdə isə bu göstərici min ədədi ötüb. Bu gün bostanbitkiləri və fermer təsərrüfatları üçün mini-traktorların, eləcə dəiri kənd təsərrüfatı istehsalı üçün güclü (350 at gücündə)texnikanın perspektivləri mövcuddur. Əməkdaşlığın yubiley ilindəbirgə tədbirlərdə, o cümlədən sərgilərdə daha fəal iştirak etməyiplanlaşdırırıq. Zavodlarımız ən uzunmüddətli və etibarlıtərəfdaşlardır”, – deyə MTZ rəhbəri bildirib.

Gəncə Avtomobil Zavodunun İstehsalat Birliyinin MüşahidəŞurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev Trend-ə müsahibəsində qeydedib ki, Belarus texnikasının təxminən 80 faizi GAZ-da yığılır ki,bu da onun yüksək keyfiyyətini və rəqabət qabiliyyətinitəsdiqləyir. O, həmçinin dövlət dəstəyinin rolunu vurğulayıb:

““Minsk Traktor Zavodu" ilə əməkdaşlığımızın başlanmasındanartıq 20 il keçir. 2006-cı ildə Prezident İlham Əliyevin Belarusarəsmi səfəri zamanı bu tərəfdaşlığın əsası qoyulub. Layihə heç vaxtdayanmayıb, hətta pandemiya dövründə belə müəssisə traktorlarınyığılmasını davam etdirib. Aprelin 7-8-də MTZ-yə səfər zamanıəməkdaşlığın gələcək inkişafını, yeni layihələri yenidən müzakirəetdik, həmçinin texnikanın birgə istehsalı və üçüncü ölkələrəixracı barədə razılığa gəldik”, – deyə X.Fətiyev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müəssisədə müxtəlif modellərüzrə 15 000-dən çox traktor yığılaraq istismara verilib:

“Şadıq ki, istehsal etdiyimiz texnikadan Azərbaycanın bütünşəhər və rayonlarında istifadə olunur. İstehlakçılarməhsullarımızın keyfiyyətindən razıdırlar. Xüsusi qürur hissi iləqeyd etmək istəyirəm ki, müəssisəmizdə yığılan güclü texnika bu günişğaldan azad olunmuş ərazilərdə – doğma Qarabağımızda xidmətgöstərir”, – deyə Xanlar Fətiyev vurğulayıb.

“Əməkdaşlığın ilk illərində biz istehsala MTZ markalı "Belarus80.1", "Belarus 82.1", "Belarus 1221", "Belarus 1025","Belarus892", "Belarus 80X" traktorlarının yığılması ilə başladıq. Dahasonra daha güclü kənd təsərrüfatı texnikasının yığımını təşkiletdik. Üçüncü ölkələrə ixrac layihəsi reallaşarsa, həm istehsalhəcmləri, həm də model çeşidi mütləq artacaq. Hazırda mühüm layihəüzərində işləyirik. Ümid edirəm ki, bu məqsədə nail olacağıq vəbelaruslu həmkarlarımızla əməkdaşlığın yeni mərhələsi başlayacaq”,– deyə o bildiribş

Tərəflər cari məsələləri və gələcək planları müzakirə ediblər.Görüşdə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç də iştirakedib. Sonda Xanlar Fətiyev fəxri qonaqlar kitabında ismarıcyazıb.

Xatırladaq ki, bundan əvvəl "Gəncə Avtomobil Zavodu"nda MAZşassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd)yığılması barədə saziş imzalanıb. Bu saziş Azərbaycan Prezidentiİlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarusdövlət başçısının Azərbaycana dövlət səfəri zamanı verdiyitapşırıqların icrası çərçivəsində imzalanıb. Sənədi Gəncə AvtomobilZavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, MilliMəclisin deputatı Xanlar Fətiyev və MAZ ASC-nin baş direktoruValeri İvankoviç imzalayıblar.

GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
GAZ
Məqalədə:
Chosen
23
1
az.trend.az

2Sources