EN

ABŞ İran limanlarını blokada alır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası elan edib. Məhdudiyyətlər 13 apreldə Türkiyə vaxtı ilə saat 17:00-da qüvvəyə minəcək.

Məlumatı “Anadolu” verib. 

X sosial media platformasında dərc olunmuş açıqlamada qeyd olunub ki, İran limanlarının dəniz blokadası bu gün başlayacaq. Bəyanatda deyilir: “Prezident Donald Trampın göstərişinə uyğun olaraq, Mərkəzi Komandanlıq qüvvələri 13 aprel Şərq vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasını tətbiq etməyə başlayacaq”.

Bunadn əlavə, bildirilir ki, İran xaricindəki limanlara gedən və gələn gəmilər Hörmüz boğazından keçərkən CENTCOM qüvvələri onların keçidinə mane olmayacaq.

P.ƏMİRCANOV
XQ

 

Chosen
24
2
xalqqazeti.az

3Sources