EN

Şahvələd belə oğlandır

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar elə bir dövr yetişib ki, insanların pula olan ehtiyacı əvvəlki illərə nəzərən daha da yüksəlib. Pul həm bizim yaşamağımız, həm də problemli işlərimizin yoluna qoyulması üçün cəmiyyətdə dəyərli vasitəyə çevrilib. Bu mövzu ilə əlaqədar bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Məskunlaşdığımız ərazidə Şahvələd adlı bir nəfər yaşayırdı. Onu yeni tanıdığım üçün uşaqlıq cağları haqqında məlumatım az idi. Belə ki, onun harada təhsil alması haqqında təsəvvürüm yox dərəcəsində idi. Şahvələdin xeyli müddət Rusiyada yaşadığını və eləcə də qısa bir müddətdə qürbət eldən doğma vətənimizə - Azərbaycana qayıdışını bilirdim. Sadəcə evlərinin bizim məhəllədən xeyli uzaq məsafədə olduğuna görə bu şəxsi, təəssüf ki, yaxından görməmişdim. Günün birində Şahvələdin doğma yurduna dönüşü haqqında məlumat əldə etdim. Sözün düzü ilk məqamda mən onun gəlişinə əhəmiyyətsiz yanaşdım. Səhər-səhər qapıdan çıxanda öz aramızda Miriş deyə çağırdığmız Mirsadıq adlı qonşumun:-Sən Şahvələdi tanıyırsanmı, qonşu? – səsini eşitdim. Baş barmağını yuxarı qaldıraraq:Şahvələd belə oğlandır! Bir gün maşınımla işə gedərkən yolda bir nəfərin əlini qaldırıb maşını saxlamaq istədiyini gördüm. Hava soyuq və yağışlı olsa da, bu adam belə havada əynində boz kostyumla yolun kənarında durub taksi saxlamğa cəhd edirdi. Yanına çatıb maşını saxladım. Gəlib çatan kimi özünü sağdakı oturacağa saldı:-Qardaş, rayona gedirsən? Onun özünü aparmasından hiss olunurdu ki, o ya bura təzə gəlib, ya da ki qonaqdır. O, -Gəl tanış olaq, adım Şahvələddir. Mən bu rayonda doğulmuşam; bir müddət Rusiyada yaşadıqdan sonra Vətənə dönmüşəm. Mən də özüm haqqında yığcam məlumat verdim. Onun qonşumun söylədiyi Şahvələd olduğunu bildim. Beləliklə uzun yol gedib xeyli söhbətləşdik. Ən maraqlı məqam isə ondan:-Rusiyada nə işlə məşğul idin? soruşanda o, düz-əməlli cavab vermədi: - Elə - belə, nə gəldi söylədi - gah alver, gah zavodda, gah da ki “ofisant” da islədiyindən bəhs etdi. Mənzilbaşına çatanda Şahvələd dönüb telefon nömrəmi istədi. Mən də “bəlkə bu adam mənə də lazım olar”-deyib mobil nömrəmi ona verdim. O sağollaşıb qapını çırpıb getdi. Şübhəsiz ki, mən onun bu nəzakətsizliyindən təəssüfləndim. Qonuşumun onun haqqında mənə söylədiyi məlumat özünü doğrultmadı... Aradan bir müddət keçmişdi. Birdən telefonuma zəng gəldi. Şahvələd idi. Ən qəribəsi də odur ki, həmin Şahvələd məndən 100 manat borc pul istəyirdi. Vacib işi olduğunu, yəni pula ehtiyacı olduğunu və qısa müddətdə qaytaracağını söylədi. Telefonun vatsapına göndərdiyi kart nömrəsinə 100 manat köçürüb yolladım.Mən Şahvələdin artıq rayonda olduğunu, daha Rusiyaya getməyəcəyini bildiyim üçün onunla, daha doğrusu verdiyim borc pulla maraqlanmadım. Bu adamı bazarda, küçədə tez-tez görsəm də yaxınlaşıb borcumu soruşmurdum. Elə təsəvvür edirdim ki, imkanı olanda pulmu qaytaracaq. Bir dəfə mənə yenə Şahvələddən zəng gəldi. Nə qədər qəribə olsa da təzə tanışım bu dəfə də 100 manat pul istəyirdi. Rusiyada “ticarətlə” məşğul olan yerlim telofonda yavaş, asta xırıltılı səslə danışır, sanki ikinci yüz manat üçün mənə yalvarırdı.Mən də onun bu vəziyyətini görüb dayana bilmədim. Carəsizlikdən ikinci 100 manatı da kartına göndərdim. Aradan bir müddət vaxt keçmişdi ki, telefonuma zəng gəldi. Bu dəfə də məndən pul istəyəcəyini bildiyim üçün cavab vemədim. Amma zəng əl çəkmirdi. Əlacsız qalıb telefonu götürdüm. Yenə də Şahvələd idi. Bu dəfə səsi yaxşılaşmış danşığından xoş əhval- ruhuyyə hiss olunurdu: -Müəllim necəsən? Dur gəl bura, səni qonaq cağırıram, Gəl haa-deyib telefonu söndürdü. Bir – neçə saniyədən sonra vatsapa gələn mesajda qonaqlıq olan yerin ünvanını göstərirdi. “Yəqin vəziyyəti yaxşıdır, bəlkə pulumu qaytarar” deyib göndərdiyi ünvana yollandım. Ünvan şəhərin çıxışında, yəni-Dağa gedən yolun kənarındakı restoranların yerini göstərirdi. Qapıdan içəri girərkən küncdəki masaların arxasında Şahvələddən başqa bir nəfərin də əyləşdiyini gördüm. O, məni görən kimi adımı səslədi və mən onlara yaxınlaşanda ikisi də ayağa qalxdı, Şahvələd isə mənə sarı yeridi. -Xoş gəlmisən, müəllim! Buyur, keç yuxarı başa... Mənə göstərilən yerdə oturdum. Masanın üstü yeməklə dolu olsa da ofisant yavaş-yavaş qalan yeməkləri də masaya düzürdü. Şahvələdin böyründə əyləşən tanımadığım bir adam idi. Bu zaman Şahvələd ağzına cərəz ata-ata dilləndi –“Hə yadımdan cıxmışdı, bu mənim oradakı dostum, Talıb”. Açığını desəm Talıb Şahvələddən daha ciddi, daha dəqiq adama oxşayırdı. Bu barədə çox dərinə getməyib yeməyə başladım. Yemək bitdikdən sonra Şahvələd ofisantı cağırıb hesabı istədi. Mən əlimi cibimə salmaq istəyirdim ki, Yerlim iki əli ilə əlimdən yapışıb: -Müəllim nə edirsən? İnciyərəm” dedi. – “Hesab ödənilib”. Mən də təşəkkür edib masadan qalxdım. Yeri olmadığı üçün borcumu soruşmadım. Masanın sahibi də mənə bununla bağlı heç nə demədi. Üstündən bir müddət keçsə də nə Şahvələddən səs-səmir çıxdı, nə də borcumu geri qaytardı.Özümdən asılı olmayaraq içimi qaranlıq bir narahatlıq bürüyürdü. Təzə tanışı görəndən sonra bir az da həyəcanım artırdı. Bu dövürdə 200 manatı göz görə-görə itirəcəyimi fikirləşəndə az qala “dəli olurdum”. Bu dəfə dayana bilməyib özüm Şahvələdə zəng etdim. Nəhayət də gözlədiyim cavab “Bu nömrəyə zəng catmır...” sədası oldu. Onda mənim nə çəkdiyimdən bir özüm xəbardar idim, bir də Allah.Bu zaman ağlıma nə fikir gəldisə Rusiyadakı “dostum” haqqında araşdırma aparmaq qərarına gəldim. Sosial şəbəkələrdə onun adını yazıb axtarışa verdim. Bir neçə maraqlı məlumat əldə etdim. Onun Rusiyada Liza adında sevdiyi qız olubmuş. Qız da onu zarafatla “Şarik” deyə cağırırmış. Mən də bir dəfə onların məhəlləsində olanda kiminsə ona “Şarik” dediyini eşitmişdim. Demək buna görə də Şahvələd bu qədər ətrafında qonşu, adam qala-qala gəlib məndən borc istəmişdi. Daha bundan sonra puldan ümidimi tamamilə üzdüm. Bir müddətdən sonra telefonma zəng gəldi. Telefonun monitorunda “Şah tanış” yazılmışdı.Hirslə telefonu götürüb dişimin dibindən çıxanı bu “Şarik”ə demək istədim. Amma “Şarik” məni qabaqladı: - Müəllim, salam. Necəsən? Burda bir yer var, bura mütləq gələsən... Gözləyirik... bu sözləri deyib telefonu qapadı. Yenə vatsapa həmin ünvan göndərildi. Bu dəfə göndərdiyi ünvan bir qədər uzaq idi. Yol gedə-gedə özümə söz verdim ki, bu borc məsələsinə mütləq bu gün son qoyulmalıdır. Bəzən hirsimdən avtomobildəki qazın pedalını bərk sıxır, ünvana çatmaq üçün tələsirdim. Bir saatdan sonra “danışdığımız” yerə çatdım. May ayı olduğu üçün hər tərəf yam - yaşıl idi. Şahvələd bu dəfə məclisi bağda keçirməyə qərar vermişdi. Yerlim uzaqdan məni görüb əllərini yana açaraq mənə tərəf gəldi. Sıxıb qucaqladıqdan sonra o dostunu göstərdi: -Bu da Talıb... sonra Özünü mənə tutub - Vaxtında gəlmisən, müəllim- deyib masanın kənarında əyləşdi. Məclisin sahibi birdən barmağı ilə işarə edib:– Çay gəlsin, dedi. Elə bu vaxt həyətdəki mətbəxdə bir qadın əlində çay dəstgahı oturanlara yaxınlaşdı. Hava tam qızmasa da qadın açıq saçıq və dizdən yuxarı ətək geyinmişdi. Eyni zamanda o öz füsinkar görkəmi ilə çox cəlbedici görünürdü. Bunu başa düşən Şahvələd birdən dilləndi:-Müəllim, yeməsən, inciyərəm. Sən mənə çox kömək eləmisən. Şarik yeyə-yeyə davam edirdi. - Talıba həmişə sənin yaxşılığından danışmışam. Daha başqa şey söyləmədi. Qulluqçu qadın qabağımızda aşağı, yuxarı gəzərək öz işini görürdü. Masadan durmaq vaxtı yetişdi. Bu məsələyə necə son qoyacağımı fikirləşirdim. Birdən özümü toparlayaraq dedim: - Yerlim, borcumu qaytar, cıxıb gedim! – bunu eşidən kimi Şahvələd qəzəbli baxışlarla, ağır- ağır yerindən qalxdı. -Məgər sənə borcum var idi ki, mən başa düşmədim.... Bu hardan çıxdı? Mən özümü ələ alıb astadan bir də dedim:– Bəli, sənə 200 manat borc vermişdim!!!Bunu eşidən Şarik masadan ayrılıb düz qabağa gəldi. “Ə neçə dəfə mənimlə yeyib- içməyə gəlmisən”.... onun sözünü kəsib tez dilləndim. – İki dəfəLap olsun iki dəfə, bəs o masalardakı yeyib- içmək? Bəs onların xərcləri? Üstəgəl bu günkü, hələ onu demirəm. – deyib həyətdə gəzişən qulluqçu qadını göstərdi: -Doyunca baxıb zövq almısan. Bunu deyib Şahvələd əlini ağır-ağır cibinə apardı. - Gələ, bu da sənin 50 manatın, deyib barmaqlarının arasında pulu uzatdı. Əlimi ataraq pulu götürüb o ki var bağdan uzaqlaşdım. Avtomobilimə oturub nəyi var sıxdım. Bu zaman yolda maşına əl edən Mirişi gördüm. Ona əhəmiyyət vermədən yanından ötüb keçdim. Birdən Mirişin mənə dediyi sözü xatırladım. “Şahvələd belə oğlandır!”. Mehman FərmanovNewscenter.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
newscenter.az

2Sources