EN

ADY Alabaşlı-Qızılca xəttində əsaslı təmir işlərini tamamlayıb

BAKI, 13 aprel. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini həyata keçirib.

Qurumdan Teleqraf-a verilən məlumata görə, ümumi uzunluğu 20 kilometr olan bu dəmir yolu xətti istismara verildiyi 1950-ci illərdən bəri ilk dəfə yenilənib. Görülən işlər çərçivəsində infrastruktur tam şəkildə modernləşdirilib.

Qeyd olunur ki, yenilənmiş xətt vasitəsilə xüsusilə dəmir yolu infrastrukturu üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının daha təhlükəsiz və dayanıqlı şəkildə daşınması təmin ediləcək.

Chosen
10
1
teleqraf.com

2Sources